Cab­bar Qaryağdı­oğlu­

Cab­bar Qaryağdı­oğlu­

Bəstəkar, musiqi xadimi, Azərbaycanın xalq artisti, ən görkəmli xanəndələrdən biri Cabbar Meşədi İsmayıl oğlu Qaryağdıoğlu 1861-ci ildə Şuşanın Seyidli məhəlləsində anadan olmuşdur.

Haq­qın­da­kı xa­t­i­rə­lər­dən, lent ya­zı­la­rı­nın yad­da­şın­da qa­lan ifa­la­rın­dan baş­qa xa­nən­də Cab­bar Qaryağdı­oğlu­nu bir də onun da­nış­dıq­la­rın­dan ta­nıyır­dıq. Xa­nən­də­nin son­be­şiyi Şəh­la xa­nım idi. Nur­lu qa­dın idi, ata­sın­dan da­nış­dıqca üzü da­ha da işıq­la­nır­dı. O da ata­sı­na hər kəs ki­mi Cab­bar əmi dey­ir­di. Şəh­la xa­nım­dan eşit­dim ki, uşaq­la­rı Cab­bar Qaryağdıoğlu­nu be­lə çağı­rır­mış­lar.

Həy­at­da çox dər­d­lə­rin sı­nağın­dan ke­ç­miş­di. O, uşaq ikən gənc ana­sı dünya­dan köçmüşdü. So­nra­lar həy­at yol­da­şı­nın – şa­ir Əli­ağa Kürçay­lı­nın, na­kam öv­la­dı­nın, bacı-qar­daş­la­rı­nın itki­lə­ri­ni ya­şa­mış­dı. Bu vaxtsız ölümlə­rin ağrı­la­rı göz­lə­ri­nə ho­pub, üzündə ci­zg­i­lən­miş­di. Ancaq elə ki, ata­sın­dan söz düşürdü ba­laca, na­zlı uşağa dönürdü Şəh­la xa­nım. Bəl­kə, ara­la­rın­da­kı yaş fər­qi­nə gö­rəy­di. Şəh­la xa­nım 1928-ci il­də (Şəh­la xa­nım dey­ir­di ki, əs­lin­də, sə­nəd­lər­də tə­vəllüdü 1930-cu il əvə­zi­nə, Cab­bar əmi­nin is­təyi ilə iki il qa­bağa ya­zı­lıb), Cab­bar Qaryağdı­oğlu isə 1861-ci il­də dünyaya gəl­miş­di. Da­nı­şır­dı ki, ata­sı onu kör­pə ikən Şu­şaya apa­rıb, İsa bu­lağı­nın suy­u­na sa­lıb, fə­rəh­lə: “İn­di bu da ol­du şu­şa­lı” dey­ib. Cab­bar Qaryağdı­oğlu bu qə­dər se­vir­di doğma Şu­şa­sı­nı…

Şu­şa­nın Məcnu­nu

Cab­bar Qaryağdı­oğlu doğu­lan­da dünya­nın ya­zıy­dı. Elə Şu­şa da al­lı-güllü, çal-çağır­lı çağla­rın­day­dı. Cab­bar Qaryağdı­oğlu­nun ata evi şə­hə­rin Sey­id­li mə­həl­lə­sin­də, Cı­dır düzünün ya­xın­lığın­day­dı. Ata­sı Mə­şə­di İs­ma­yıl boy­aq­çıy­dı. İs­təy­ir­di oğlu Cab­bar da onun yo­luy­la get­sin. Cab­bar isə hə­lə uşaq­lığı­nı ya­şayır­dı. Həmya­şıd­la­rı ki­mi o da Şu­şa­da ecaz­kar mu­si­qi­lər, muğam­lar din­ləyə-din­ləyə böyü­yürdü. Ara­bir özü də sə­si­ni bu­laq­la­rın zümzümə­si­nə, bülbüllə­rin cəh-cə­hi­nə qo­şub, xalq mah­nı­la­rı, muğam­lar oxuy­ur­du.

On ya­şın­da Şu­şa­da­kı mu­si­qi mək­tə­bi­nə da­xil ol­du. İlk müəl­li­mi – şa­ir Mir­zə­li Zey­na­la­b­dın oğlu ədə­biyya­ta, Şərq muğam­la­rı­na də­rin­dən bə­lə­diy­di. Cab­ba­ra mu­si­qi el­mi­ni, fars di­li­ni öy­rə­dir, şe­i­rə, sə­nə­tə se­vgi ya­ra­dır­dı. Cab­bar­sa hə­lə uşaq vax­tla­rın­dan şe­ir ya­zır­dı.

Müəl­li­mi onu özü ilə toy­la­ra da apa­rar­dı. On üç ya­şın­da oxu­mağa baş­la­dı. On al­tı ya­şın­da ifa et­diyi “Şüştər”, “Kürd-Şah­naz” muğam­la­rı ilə Şu­şa­da ta­nın­dı. Ar­tıq tez-tez məc­lis­lə­rə, el şən­lik­lə­ri­nə, toy­la­ra də­vət edi­lir­di.

Məş­hur tar­zən Sa­dıqcan­la ta­nış ol­du. Onun tək­li­fiy­lə Şu­şa­da məş­hur olan “Xan­də­mi­ro­vun te­atr sa­lo­nu”nda təş­kil edi­lən xey­riyyə gecə­sin­də çı­xış et­di. Cab­bar Qaryağdı­oğlu­nun oxu­duğu “Hey­ra­tı” muğa­mı yaş­lı xa­nən­də­lə­ri elə va­leh et­di ki, hə­min məcli­s­­də öz­lə­ri oxu­mayıb, bu is­te­dad­lı gən­ci din­lə­di­lər.

İy­ir­mi ya­şın­da ar­tıq pe­şə­kar xa­nən­dəy­di. Təkcə Qa­ra­bağda deyıl, Gəncə­də, Şa­ma­xı­da, Ba­kı­da və ba.qa yer­lər­də onu ta­nıyır, məclis­lə­rə, toy şən­lik­lə­ri­nə çağı­rır­dı­lar. İra­na, Cə­nu­bi Qaf­qa­za, Or­ta Asiy­aya də­vət edir­di­lər.

1897-ci il­də Əbdürrə­him bəy Ha­q­­ver­diy­e­vin başçılığı ilə “Məcnun Ley­li­nin qə­b­ri üstündə” mu­si­qi­li səh­nəciyi ha­zır­la­na­raq Şu­şa ta­ma­şa­çı­la­rı­na tə­q­dim olun­du. Oy­na­dığı Məcnun ro­luy­la Cab­bar Qaryağdı­oğlu­nun adı Azər­baycan ope­ra sə­nə­ti­nin ilk ifa­çı­la­rın­dan bi­ri ki­mi ta­ri­xə düşdü. Hə­min günkü səh­nəciy­in on üç yaş­lı ta­ma­şa­çı­sı, so­nra­lar Şər­q­də ilk ope­ra­nın müəl­li­fi olan Üzey­ir Hacı­bəy­li ya­zır­dı: “Ley­li və Məcnun” ope­ra­sı­nın ya­zı­lı­şı­na mən 1907-ci il­də baş­la­mağı­ma bax­may­a­raq, bu ope­ra­nın ya­ran­ma­sı fi­k­ri mən­də hə­lə 1897-1898-ci il­lər­də, 13 ya­şım­da ikən Şu­şa şə­hə­ri­nin mu­si­qi hə­və­s­kar­la­rı tə­rə­fin­dən ta­ma­şaya qoy­u­lan “Məcnun Ley­li­nin qə­b­ri üstündə” mu­si­qi­li faci­ə­si­ni gö­rər­kən oy­an­mış­dır”.

1901-ci il­də Azər­baycan­da ilk Şərq kon­ser­ti Şu­şa­da baş tutdu. Tanınmış sə­nət­kar­lar – Ke­çə­çi Mə­həm­məd, Mə­şə­di Da­daş, Cab­bar Qar­yağ­dı­oğlu, Qa­sım Ab­dul­lay­ev, tar­zən Sa­dıqcan, Mə­şə­di Zey­nal və baş­qa­la­rı ora­da iş­ti­rak edir­di­lər. Kon­sert­də Cab­bar Qaryağdı­oğlu oxuduğu mu­ğam­lar­la ta­ma­şa­çı­la­rı hey­ran qoy­du.

1911-ci il­də Ba­kı­da “Ni­ki­tin qar­daş­la­rı­nın te­a­t­rı”nda “Fər­had və Şi­rin” ope­ra­sı­nın ilk ta­ma­şa­sı ol­du. Ta­ma­şa­da­kı Fər­had ro­lu­nun ifa­çı­sı Cab­bar Qaryağdı­oğlu idi.

Əvə­zo­lun­maz xa­nən­də

Cab­bar Qaryağdı­oğlu həm də sə­si qrammofon va­lı­na ya­zı­lan ilk azər­baycan­lı xa­nən­də­dir. 1906-1912-ci il­lər­də “Qram­mo­fon”, “Sport-re­kord” və “Ek­s­tro­fon” səhmdar cə­miyyət­lə­ri­nin də­və­ti ilə Kiy­ev, Mos­k­va və Var­şa­va şə­hər­lə­ri­nə get­di, ifa et­diyi muğam­lar qrammofon va­lı­na ya­zıl­dı.

Cab­bar Qaryağdı­oğlu Azər­baycan xalq mu­si­qi­si­ni, muğam­la­rı­nı incə­lik­lə­ri­nə qə­dər bi­lir­di. Elə bu­na gö­rə də onu “Azər­baycan xalq mu­si­qi­si­nin can­lı en­sik­lo­pe­diy­a­sı” ad­lan­dı­rır­dı­lar.

O, us­tad xa­nən­dəy­di. Muğam­la­rı, xalq mah­nı­la­rı­nı özünə­məx­sus tər­z­də ifa edir­di. Bülbül müəl­li­mi haq­qın­da dey­ir­di: “Azər­baycan mu­si­qi ta­ri­xin­də Cab­bar Qaryağdı­oğlu ki­mi “Hey­ra­tı”, “Ma­hur”, “Mən­su­riyyə” ifa edən çə­tin ta­pı­lar. Onun bu muğam­la­ra vur­duğu mi­sil­siz zə­ng­u­lə­lər mu­si­qi ir­si­mi­zə na­dir hə­diyyə­lər­dir”. Cab­bar Qaryağdı­oğlu təkcə tar­zən Qur­ban Pi­ri­mo­vun müşay­i­ə­ti ilə 300-ə qə­dər mah­nı və təs­nif oxuy­ub. Bül­bül və bə­s­tə­kar Sə­id Rüstə­mov on­la­rı no­ta köçürürdü.

Cab­bar Qaryağdı­oğlu həm də şe­ir­lər ya­zır, mah­nı­lar bə­s­tə­ləy­ir­di. 30-dan çox mah­nı­sı Üzey­ir Hacı­bəy­li, Müslüm Ma­qo­may­ev tə­rə­fin­dən no­ta sa­lın­dı. Onun hər mah­nı­sı Cab­bar Qaryağdı­oğlu ömründən bir xa­ti­rə­dir. Məş­hur mah­nı­la­rın­dan bi­ri – “İrə­van­da xal qal­ma­dı” haq­qın­da da­nı­şır­lar ki, xa­nən­də bir də­fə İrə­van­da toy məc­li­sin­də qız ata­sı on­dan gə­li­ni tə­ri­f­ləy­ən bir mah­nı oxu­ma­sı­nı xa­hiş edib. Xa­nən­də elə ora­da “İrə­van­da xal qal­ma­dı” mah­nı­sı­nı oxuy­ub. So­n­ra­lar bu mah­nı dil­lər əz­bə­ri ol­du. Ancaq başqa mah­nı­la­rı ki­mi “İrə­van­da xal qal­ma­dı” da uzun il­lər xalq mah­nı­sı adı ilə tə­q­dim edil­di.

Cab­bar Qaryağdı­oğlu Azər­baycan Döv­lət Kon­ser­va­to­riy­a­sı­nın ilk təş­ki­lat­çı­la­rın­dan idi. O, həm də kon­ser­va­to­riy­a­da xa­nən­də­lik fən­nin­dən dərs dey­ir­di. El­mi Ka­bi­ne­tə 220 mah­nı və təs­ni­fin həm mət­ni­ni, həm də mu­si­qi­si­ni təh­vil ver­miş­di. Dey­ir­lər ki, bir də­fə Üzey­ir bəy zəh­mə­t­haq­qı ola­raq 10 min ma­nat qo­no­rar ver­mək üçün onu Kon­ser­va­to­riy­aya çağı­rıb. Am­ma Cab­bar Qaryağdı­oğlu bu tək­lif­dən in­ci­y­ib. Üzey­ir bəy­in ya­nın­da olan Müs­lüm Ma­qo­may­ev­lə Bülbül də Cab­bar Qaryağdı­oğlu­nu ra­zı sa­la bil­məy­ib­lər. Şəh­la xa­nım da­nı­şır: “Cab­bar əmi dey­ib: “Mən o mah­nı­la­rı pul üçün oxu­ma­mı­şam”. Qa­pı­nı açıb çıx­maq is­təy­ən­də ay­aq sax­layıb Üzey­ir bəyə bu mə­sə­lə ilə bağlı son söz­lə­ri­ni söy­ləy­ib: “Üzey­ir bəy, tə­vəq­qe edi­rəm, bir də mə­ni be­lə iş­lər­dən ötrü çağır­may­a­sı­nız”.

Day­an­ma­dan 4 sa­at

Cab­bar Qaryağdı­oğlu həm də müəl­li­miy­di. Sey­id Şu­şin­ski, Bülbül, Zülfü Adı­g­ö­zə­lov, Ca­han Ta­lı­şin­skaya, Ya­vər Kə­lən­tər­li, Mütəl­lim Mütəl­li­mov onu qayğı­keş müəl­lim ki­mi min­nət­dar­lıq­la xa­tır­layır­dı­lar.

Şəh­la xa­nım da­nı­şır­dı: “Cab­bar əmi sə­si­ni qo­ruy­ur­du. Yay­da da pən­cə­rə­ni aç­mağa qoy­mur­du. Dey­ir­di: “Səs və gö­zəl­lik Al­lah ve­rg­i­si­dir. Gə­rək, on­la­rın qə­d­ri­ni bi­lə­sən. Sə­si­ni qo­­ru­ma­lı­san. Ye­məy­i­nə, yat­mağı­na fi­­kir ver­mə­li­sən. Xa­nən­də çox ye­mə­mə­li­dir”. O, ye­tir­mə­lə­ri­nə də səs­lə­ri­ni qo­ru­mağı tö­v­siyə edir­di”.

Cab­bar əmi dey­ər­miş: “Kim ki oxu­y­an­da qa­val çal­ma­dı, o, oxuy­an dey­il”. 1913-cü il­də Ba­kı milyon­çu­su Şəm­si Əsə­dul­lay­e­vin qı­zı­nın toy­u­na Ti­f­li­s­dən də­vət olu­nan iy­ir­mi dörd yaş­lı Sey­id Şu­şin­ski elə gö­zəl oxu­y­ub ki, Cab­bar Qaryağdı­oğlu öz məş­hur, qiy­mət­li qa­va­lı­nı ona bağış­lay­a­raq ağlayıb.

Cab­bar Qaryağdı­oğlu bir muğa­mı 2-3 sa­at, böyük məclis­lər­də hət­ta 4 sa­at oxuy­ur­dı. O, Müslüm Ma­qo­ma­y­ev adı­na Azər­baycan Döv­lət Fi­lar­mo­niy­a­sın­da, ra­dio­da so­list ki­mi də ça­lı­şır­dı. Həm kon­ser­t­lər­də, həm də toy­lar­da, şən­lik­lər­də iş­ti­rak edən xa­nən­də dövrünün ən şöh­rət­li sə­nət­kar­la­rın­dan bi­riy­di. Dö­nə-dö­nə də­vət edil­diyi İran şah­la­rı­nın, Türkiyə sul­tan­la­rı­nın məclis­lə­rin­də də din­ləy­ici­lə­ri­ni sə­siy­lə, ifa­sıy­la hey­ran edir­di.

Ba­kı­da Ye­se­nin və Şalya­pin­lə gö­rüşən sə­nət­ka­rın sə­si on­la­rı da hey­­rə­tə sal­dı. Ye­se­nin Cab­bar Qar­yağ­dı­oğlu­nu “Şərq mu­si­qi­si­nin pey­ğəm­­bə­ri” ad­lan­dır­dı.

1934-cü il­də Ti­f­li­s­də ke­çi­ri­lən incə­sə­nət olim­pi­a­da­sın­da çı­xış edən 74 yaş­lı Cab­bar Qaryağdı­oğlu bi­rinci müka­fa­ta lay­iq görüldü. 1935-ci il­də “Azərbaycanın Xalq Ar­ti­s­ti” fə­x­ri adı­nı da al­dı.

1938-ci il­də Mos­k­va­da Azər­baycan ədə­biyya­tı və incə­sə­nə­ti de­ka­da­sı ke­çi­ri­lən­də Cab­bar Qaryağdı­oğlu ora­da iş­ti­rak et­məy­ib. Sta­lin nümay­ən­də hey­ə­tin­dən so­ru­şub: “Ha­nı Qaf­qa­zın qoca qar­ta­lı?”

…Ba­kıya qırx ya­şın­dan so­nra gəl­miş­di. O vax­ta­dək hə­lə ev­lən­mə­miş­di. İçə­ri­şə­hər­də iki­mər­tə­bə­li ev ki­ray­ə­ləy­ib. Adə­ti üzrə tez­dən du­rub pəncə­rə­dən həy­ə­tə ba­xan­da bir qı­zın həy­ət­də­ki ağacla­ra su ver­diy­i­ni gö­rüb. Qı­zın üzünü gör­mək üçün pən­cə­rə­nin qar­şı­sın­da­kı qı­zı­lgül ko­lun­dan bir gül də­rib ye­rə at­dı. Qız yu­xa­rı bax­dı. Xa­nən­də­nin qız­dan çox xo­şu gəl­di. So­nra­dan bi­lib ki, o ki­rayə qal­dığı ev yiyəsi­nin qı­zı­dır. Şəh­la xa­nım dey­ir­di ki, Cab­bar əmi hə­min qı­za – Sə­li­məyə el­çi gön­də­rib. El­çi­lər ca­vab gə­ti­rib­lər ki, ata-anası ev­siz oğla­na qız ver­mək is­tə­mir­. Cab­bar Qaryağdı­oğlu isə xə­bər gön­də­rib ki, o qı­zı mə­nə ver­sə­lər də, ver­mə­sə­lər də, mə­nim evim on­suz da olacaq. El­çi­lə­ri bu də­fə şad xə­bər­lə qayı­dıb­lar. Cab­bar əmi ikimər­tə­bə­li ev tik­di­rib, Sə­li­mə xa­nım­la ev­lə­nib. On­la­rın sək­kiz uşağı – iki oğul­la­rı, al­tı qız­la­rı ol­du.

Ev­lə­nən­də Cab­bar əmi­nin 45, Sə­li­mə xa­nı­mın isə 15 ya­şı var idi. Şəh­la xa­nımın yadındaydı ki, Cab­bar əmi ev­də ol­duqca mülay­im, qayğı­keş imiş. Ai­lə­nin gözəl günlə­ri Sə­li­mə xa­nı­mın gənc ya­şın­da xə­s­tə­lən­ib ölməsiy­lə bi­tib. Bu ay­­rı­lıq Cab­bar əmi­ni sar­sı­dıb. Ancaq ye­nə balala­rı­na, özəllik­lə də on­dan hey ana­sı­nın nə za­man ge­ri dö­nəcəy­i­­ni soruşan ki­çik qı­zı Şəh­la xa­nı­ma gö­rə dözüb.

Cabbar Qaryağdıoğlu ailə ilə
Cabbar Qaryağdıoğlu ailə ilə

İkinci Dünya müha­ri­bə­si il­lə­rin­də Cab­bar Qaryağdı­oğlu­nun oğlu, so­nra isə qı­zı müha­ri­bəyə ge­dib. Şəh­la xa­nım xa­tır­layır­dı: “Bacım müha­ri­bəyə ge­dən­də ta­nış-bi­liş­lər ata­mı qı­nayır­dı­lar ki, qız uşağı­nı da müha­ri­bəyə yol­­lay­ar­lar? Cab­bar əmi on­la­ra dey­ir­di ki, hər kəs necə, mən də elə. Ona üz tu­tan­la­rın prob­lem­lə­ri­ni çöz­mək üçün əlin­dən gə­lə­ni əsi­rg­ə­məy­ən tanınmış sə­nət­kar özü üçün, uşaq­la­rı üçün heç za­man kim­səyə ağız aç­mayıb. Ömrünün son­la­rın­da ba­la­la­rı­na dey­ib: “Ha­mı­mız öləcəy­ik, in­san bu gün var, sa­bah yox­dur. Si­zə bir nə­si­hə­tim var, nə­ba­də mən ölən­dən so­nra mən­dən ötrü bir döv­lət qa­pı­sı­na xa­hi­şə ge­də­si­niz. Əg­ər mən xal­qıma, millətimə bir şey eləmişəmsə, onlar məni də gəlib tapacaq, sizi də”.

Cab­bar Qaryağdı­oğlu 1944-cü ilin 20 ap­re­lin­də 84 ya­şın­da bu dünyadan köçdü. O, 70 il Azər­baycan mu­si­qi sə­nə­ti­nə qulluq edib. Sə­sin­də­ki incəlik heç za­man dəy­iş­məy­ib. Gəncliy­in­də necə oxu­muş­du­sa, ahıl yaşla­rın­da da elə incə və şöv­qlə muğam­la­rı­mı­zı, xalq mah­nı­la­rı­mı­zı oxuyub.

Xan Şuşinskinin Cabbar Qaryağdıoğlu ilə bağlı xatirələri

Deyilənə görə, tanınmış xanəndə Xan Şuşinski həm də canlı ensiklopediya idi. Azərbaycan klassik xanəndəlik məktəbinin, musiqi xadimlərinin nümayəndələrinin demək olar ki, hamısı ilə bağlı çox yaxşı və kimsənin bilmədiyi xatirələri olub.
Həmin xatirələrdən biri: Siz bu xatirələrdə xanəndə Cabbar Qaryağdıoğlunun gizli portret cizgiləri ilə tanış ola biləcəksiniz:

“Cabbar Qaryağdıoğlunu ilk dəfə 1920-ci ildə Şuşada konsertdə görmüşəm. Onun haqqında çox eşitmişdim. Onu görməyə can atırdım. Sonunda Cabbar əmi ilə Şuşada böyük bir toyda iştirak etdim. Yanılmıramsa, toy Hacı Dadaşın zalında vurulurdu. Toyun padşahı Əllaf Kərbəlayı Şükür Cabbar əmidən mənim oxumağımı istədi… Nə isə, mən oxudum. Onun çox xoşuna gəldi. Məni bağrına basıb gözləri yaşarmış halda dedi: – səsindən muğayat ol, sən yaxşı xanəndə olacaqsan… Cabbar əmi professor idi. Şairliyi də var idi. Özündən mahnı düzəldirdi, qəzəl yazırdı. Ona qulaq asanda fərəhlənərdim. Çox yırtıcı oxuyan idi. Bir muğamı azı 3-4 saat oxuyardı. Özü də hər mənəm-mənəm deyən xanəndə ondan sonra oxuya bilməzdi. Çünki oxumağa bir şey qalmazdı ki, oxuya. Ona görə ki, rəhmətlik Cabbar bir muğamın içində 12 muğamın hamısını oxuyardı. Heç kəsə heç nə qalmazdı. Buna görə də bəzən ona “kəmfürsət Cabbar” deyərdilər. Muğamdan-muğama elə sərbəst keçərdi ki, istiliyi-soyuqluğu duyulmazdı. Bu adamın fikri-zikri oxumaq idi. Bir gün oxumasa idi bağrı çatlardı. Bəzən onlara gedəndə görərdin güzgünün qabağında oturub özü ağzında havanı çalıb oxuyur. Mütaliyə eləməyi çox sevərdi. Bir gün qəzet, özü də urus qəzetlərini oxumasa idi yatmazdı. Kişi doğurdan alim idi…


Cabbar Qaryağdıoğlu (1)


Cabbar Qaryağdıoğlu (2)

Yazar haqqında: WhatIs

Bir Açıqlama Yazın

Your email address will not be published.Email address is required.